ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin Yutub kanalına müsahibə verib.
Globalinfo.az xəbər verir ki, ABŞ lideri müsahibəsi zamanı dünyada baş verən bir çox siyasi proseslərə toxunub.
O, həmçinin Ermənistan–Azərbaycan münasibətlərindən danışıb və uzun illər davam edən münaqişəyə son qoyduğunu bildirib. Tramp sülh prosesindən danışarkən Ermənistanı səhvən “Albaniya” adlandırıb:
“Heyrətamiz hadisələr baş verib. Azərbaycanla Albaniya (Ermənistan nəzərdə tutulur – red.) arasında münaqişə 34-35 il davam edib. Bu ölkələrin liderləri ilə görüşdüm, ticarət yolu (Zəngəzur dəhlizi – red.) ilə tanış oldum, onlarla bir az danışdım. Başqaları bu məsələnin həll olunmayacağını deyirdilər, lakin mən həll etdim”.
Əliyar Xəlil
Globalinfo.az