0 Pictured is the first of the UKs F 35B Lightning II jets to be flown to the UK

Türkiyəyə potensial F-35 qırıcılarının satışı regiondakı mövcud mənzərəni daha da dəyişdirəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Cənubi Kiprin xarici işlər naziri Konstantinos Kombos “Foks Nyus”a açıqlamasında deyib.

“Bu, həm bizim, həm də regiondakı digər ölkələr üçün narahatlıq doğuran məsələdir. Güc balansı artıq əhəmiyyətli dərəcədə Türkiyənin xeyirinədir. Lakin biz bunu sadəcə normal bir vəziyyət kimi qəbul edə bilmərik”, – XİN başçısı əlavə edib.

Türkiyənin 1974-cü ildə Kiprdə həyata keçirdiyi Sülh Hərəkatını “işğal” kimi qələmə verən Kombos bildirib ki, sözügedən ildə Kiprin ​“​işğalı” zamanı türklər Amerika silahlarından istifadə edib:

“Bu, bizim üçün yeni bir şey deyil”.

“Potensial satışın qarşısını almaq üçün diplomatik təzyiq göstərməyə davam edəcəyik. Bu vəziyyət regional tarazlıqları pozur. Biz məsələni həm ABŞ administrasiyası, həm də Avropa Birliyi qarşısında qaldırırıq. Mövqeyimizi açıq şəkildə ifadə etmişik: AB-nin müdafiə fondları üzv dövlətin suverenliyini və ərazi bütövlüyünü pozan bir ölkəyə yönəldilə bilməz”, – Kombos bildirib.

Paylaş: