Overçuk Ermənistanın KTMT ilə əlaqələri kəsməsini belə şərh etdi

“Ermənistan KTMT-də bizim müttəfiqimizdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmaqdan böyük fayda əldə edir.

Ermənistanın təşkilatla əlaqələri kəsməsi ilə bağlı sualı şərh edən Overçuk bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyini vurğulayıb.

“Bu il Ermənistan Aİİ-yə sədrlik edir. Biz bir çox məsələlər üzrə daim əlaqə saxlayırıq. Ermənistan Aİİ üzvlüyünün iqtisadiyyatına verdiyi faydanı başqa təşkilatda əldə etməyəcək. Ölkə rəhbərliyi bunu başa düşür. Ona görə də Aİİ-nin iqtisadi gündəliyinə dəstək ifadələrini eşidirik”, – deyə Overçuk vurğulayıb.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Birliyin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

Əliyar Xəlil
Globalinfo.az