“Husilər Türkiyəyə hücum etsələr, Silahlı Qüvvələrimiz (TSQ) işə qarışacaq ki, bu da onlara baha başa gələcək”.
Globalinfo.az xəbər verir ki, bunu istefada olan türkiyəli general-leytenant Ərdoğan Karakuş deyib.
Onun sözlərinə görə, “Məkkə sazişi”nin imzalanmasından qısa müddət keçməsinə baxmayaraq, regional təhlükəsizlik pisləşib.
Karakuş ittifaqın yaradılmasından xüsusilə İsrail və Yunanıstanın narahat olduğunu bildirib:
“Yunanıstan və İsraildəki narahatlığın yeganə səbəbi Məkkə Müdafiə İttifaqı deyil. Üç ölkənin sazişə imza atmasından sonra Prezidentin qərarı ilə 2 milyon 170 min 603 hektar ərazini əhatə edən Fethiye-Kaş Dəniz Milli Parkı və 174 min 214 hektar ərazini əhatə edən Şimali Egey Dəniz Milli Parkı mühafizə statusuna alınıb.
Əvvəlcə ittifaqın yaradılması, ardınca isə dəniz milli parkları ilə bağlı qərarla Yunanıstanın küncə sıxışdırılması bu iki ölkədə böyük narahatlıq yaradıb. Bu qərarlardan sonra İsrail İdlibə hücum edərək “Türkiyəni cənuba buraxmayacam” açıqlaması verdi. Mitsotakis də Meisə və Egey dənizindəki digər adalara getdi. Bütün bunlardan narahat olan tərəfləri yaxşı görmək lazımdır”.
Qeyd edək ki, bir qədər əvvəl husilər Türkiyəyə hücum edə biləcəklərini açıqlamışdı.
Safura Bənnayeva
Globalinfo.az