zelenski9 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla qarşıdakı görüşdə Rusiya-Ukrayna müharibəsi çərçivəsində məhdud atəşkəs məsələsini müzakirə etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə Kanadaya səfəri zamanı danışıb.

Ukrayna liderinin sözlərinə görə, Kiyev Qara dənizdə hərbi əməliyyatların və enerji infrastrukturuna zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəs variantına açıqdır:

“Məsələni Donald Trampla sentyabrın 21-23-də Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutması gözlənilən görüşdə müzakirəyə çıxaracağıq.

Ukraynanın minimum tələbi enerji obyektlərinə və ərzaq daşıyan ticarət gəmilərinə hücumların dayandırılmasıdır. Maksimum hədəf isə tərəflər arasında tam atəşkəsin əldə olunmasıdır.

Biz belə bir dəniz atəşkəsinə, eləcə də enerji sahəsində atəşkəsə açığıq. Bütün bunları müzakirə etmək niyyətindəyəm”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: