“Bakıda həbsdə olan Bako Saakyan və Ermənistanda saxlanılan sabiq prezidenti Robert Köçəryanın durumu vəziyyətimizin nə qədər ağır olduğunu göstərir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan deyib.
Onun sözlərinə görə, keçmiş qondarma rejimin üç “rəhbəri” hazırda Bakıda həbsdədir:
“Sonuncu “rəhbər” Samvel Şahramanyan azadlıqdadır. İlk “rəhbər” Artur Mkrtçyan isə 1992-ci ildə öldürüldü. Daha narahatedici məqam Ermənistanda bəzi insanların Köçəryan və Şahramanyanın da Bakıda həbs da olmasını arzulamasıdır”.
O, Azərbaycanın gələcəkdə həmin şəxslərin də ekstradisiyasını tələb edə biləcəyi ehtimalını irəli sürüb.
Safura Bənnayeva
Globalinfo.az