Pasinyan 121xerite

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə iqtisadiyyatının 2026-cı ilin ilk yarısındakı göstəricilərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə iclas zamanı danışıb.

Baş nazirin sözlərinə görə, 2026-cı ilin ilk yarısında Ermənistan iqtisadiyyatı 6 faiz böyüyüb.

Paşinyan dolayı yolla bunu Azərbaycanla sülh prosesi ilə əlaqələndirib.

“Biz sülhün olub-olmamasından danışanda məhz bunu nəzərdə tuturuq”, – Ermənistan baş naziri qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: