Türkiyədə iki dəqiqədə iki zəlzələ oldu – AFAD

Türkiyədə iki dəqiqə ərzində iki zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Kahramanmaraşın Göksun rayonunda saat 15:54 radələrində yerin 7,05 kilometr dərinliyində 4.4 maqnitudalı, saat 15:56 radələrində 7,01 kilometr dərinliyində isə 4.1 maqnitudalı zəlzələlər olub.

Dağıntı və tələfat qeydə alınmayıb.