
İranın Hörmüz əyalətinin Sirik şəhəri yaxınlığında partlayış səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə bölgədə narahatlıq yaradıb. Partlayış səslərinin ABŞ və İran arasında davam edən qarşılıqlı hücumlarla əlaqəli ola biləcəyi ehtimal edilir, lakin bu barədə rəsmi təsdiq yoxdur.
Hazırda İran rəsmiləri tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.
ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında İranla bağlı növbəti dəfə xəbərdarlıq edib:
“Elə edərik ki, İranda insanlar su içə bilməyəcək vəziyyətə düşər, lakin mən bunu istəmirəm”.
Safura Bənnayeva
Globalinfo.az