b438408c c49a 49e1 8acc 5989a5aa2879

Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı Qarabağda ləğv edilmiş qondarma qurumun son “başçısı” Samvel Şahramanyan və erməni bloger Artur Osipyan barədə sərt fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Baş nazir bildirib ki, Osipyanın Qarabağ məsələsi ilə bağlı çıxışlarını qəbul etmir və onun müəyyən dairələrlə əlaqələrinin məlum olduğunu iddia edib:

“Qarabağın keçmiş siyasi elitasının nümayəndələri ölkəni yenidən qarşıdurmaya sürükləməyə çalışır və buna görə müharibədə ölənlərin ailələri qarşısında üzr istəməlidirlər”.

O, həmin şəxsləri Ermənistanı yenidən münaqişə mühitinə qaytarmaq cəhdində ittiham edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: