
“Kuba hakimiyyəti ABŞ-ın rəqiblərinə ölkə ərazisindən istifadə etməyə imkan yaradır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, Havana faktiki olaraq xarici qüvvələr üçün əlverişli şərait yaradaraq onların fəaliyyətinə göz yumur və bu da ABŞ-ın milli maraqlarına ziddir.
Rubio vurğulayıb ki, ABŞ sahillərindən cəmi 144 kilometr məsafədə yerləşən ərazilərdə xarici ölkələrin hərbi və ya kəşfiyyat fəaliyyətlərinin aparılması cavabsız qalmayacaq.
Safura Bənnayeva
Globalinfo.az