Türkiyə hakimiyyəti Ankaranın İrana silah satması ilə bağlı sosial mediada yayılan iddiaları təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinə bağlı Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin İrana qabaqcıl hava hücumundan müdafiə sistemləri və dron raketləri verdiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qurum açıqlamasında bu tip iddiaların ictimai rəyi manipulyasiya etmək və regionda mövcud olan həssas tarazlığı pozmaq məqsədi daşıdığını vurğulayıb. Mərkəz vətəndaşları “zərərli dezinformasiya kampaniyalarına” inanmaqdan çəkinməyə çağırıb.
Safura Bənnayeva
Globalinfo.az