original 1

İran hantavirus təhlükəsinə görə sərhəd nəzarətini gücləndirib.

Globalinfo.az xəbər verir ki, İran hakimiyyəti Xuzistan əyalətində hantavirus yoluxmasının aşkarlanmasından sonra sərhəd keçidlərində nəzarət tədbirlərini sərtləşdirib.

Məlumata görə, aidiyyəti qurumlar xüsusilə yoluxma riskinin qarşısını almaq üçün monitorinq və tibbi yoxlamaları artırıb. Rəsmilər tibb işçilərinin tam hazırlıqlı olduğunu bildirsələr də, əhaliyə ehtiyatlı olmaq çağırışı ediblər.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı İspaniyada “Andes” ştammı ilə bağlı ilk yoluxma faktının qeydə alındığını açıqlamışdı. Hazırda isə genişmiqyaslı yayılma halının müşahidə olunmadığı bildirilir.

Xatırladaq ki, hantavirusa ilk genişmiqyaslı yoluxma 1950-ci illərə təsadüf edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: