ABŞ Prezidenti Donald Tramp Çin və digər beynəlxalq məsələlərlə bağlı açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, Tramp Çin lideri Si Cinpinlə Tayvana ABŞ silahlarının tədarükünü müzakirə edib və tezliklə qərar qəbul etməyi planlaşdırdığını açıqlayıb.
Tramp həmçinin Cenevrədə Ukrayna ilə bağlı üçtərəfli danışıqlara toxunub və onların “sadə” keçəcəyinə əmin olduğunu bildirib.
İranla danışıqlar barədə isə qeyd edib ki, Tehran mümkün nəticələrin fərqindədir və ABŞ-la saziş əldə etməkdə maraqlıdır.
Kubaya mümkün əməliyyat barədə suala Tramp bunun zəruri olmadığını bildirib və məsələnin danışıqlar yolu ilə həllinə ümid etdiyini söyləyib.
Safura Bənnayeva
Globalinfo.az