
Bu gün İslamabadda məsciddə terror aktını kamikadze törədib.
Globalinfo.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.
Məlumata görə, partlayışda azı 31 nəfər ölüb, 169 nəfər xəsarət alıb.
***14:20
Pakistanın paytaxtı İslamabadda bir məsciddə güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 15 nəfər ölüb, 80 nəfər yaralanıb.
Sakinlər və şahidlərin verdiyi məlumata görə, partlayış namaz vaxtında baş verib.
Hələlik partlayışın terror aktı olub-olmadığı dəqiqləşdirilməyib.
Safura Bənnayeva
Globalinfo.az