Hindistanın Maharaştra ştatında Baş nazir müavini Acit Pavar və iki heyət üzvü də daxil olmaqla beş nəfəri daşıyan təyyarə Baramati hava limanında qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vartha Bharati” məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan “Learjet 45” tipli təyyarənin göyərtəsində beş nəfər olub: Maharaştra ştatının Baş nazirinin müavini Acit Pavar, daha iki əməkdaş (şəxsi mühafizəçi və müşayiətçi) və iki heyət üzvü (əsas pilot və ikinci pilot).
İlkin məlumata əsasən, qəza nəticəsində təyyarədə olanlardan heç kim sağ qalmayıb.
Safura Bənnayeva
Globalinfo.az
