tramp netanyahu 142

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun münasibətləri son bir neçə gündə gərginləşib. İsrail tərəfi ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsində “Yəhudi dövləti üçün iki ölümcül təhdid” aşkar etdiklərini bildirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yediot Ahronot” qəzeti məlumat yayıb.

Birinci təhdid bölgədə Türkiyənin strateji hərbi mövcudluğunun güclənməsi ilə bağlıdır. İsraildə əmindirlər ki, Türkiyə Qəzzada hərbi mövcudluq əldə etsə və Suriyada öz mövqelərini möhkəmləndirsə, onda “İsrail vaxtilə dağıtdığı “şiə oxu”na qarşı “sünni oxu” tərəfindən mühasirəyə alınacaq.

İkinci təhdid isə ondan ibarətdir ki, prezidentliyə başladığı dövrdə fələstinlilərə Qəzzanı könüllü tərk etməyi tövsiyə edən Tramp bu gün artıq müstəqil Fələstin dövləti qurmaq planı ilə çıxış edir. İsrailli ekspertlər ABŞ prezidentinin İsraildən Qolan yüksəkliklərini Suriyaya təhvil verməsini tələb edə biləcəyindən şübhələnirlər”, – məlumatda deyilir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: