Simonyan bu şəxsləri günahlarını yumağa dəvət etdi

“Çılpaq gecə” mərasiminin iştirakçıları Nastya İvleyeva, Filipp Kirkorov və Lolita Milyavskaya rus telekanallarındakı şou proqramlarda yer almayacaqlar.

Globalinfo.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

“Telekanallar şounu bir ay əvvəl lentə aldılar. Nəticədə “Birinci kanal”, eləcə də “Rusiya 1” Lolita və Kirkorovun çıxışını oradan saniyə-saniyə kəsməli oldular. “NTV”-də onlar ən “kəsilmiş” formada qalacaqlar. Çünki iki şounun finalına ev sahibliyi edirlər. Finalın yayımlanmaması və ya yenidən çəkilişi müsabiqə iştirakçıları üçün ağrılı olardı,  amma sonda bacardıqları qədər kəsiblər. Filmin bütöv bir parçası “TNT” kanalında yenidən çəkilib”, – deyə Simonyan bildirib.

Marqarita Simonyan “Çılpaq gecə” iştirakçılarını Rusiya hərbçilərinin hesabına pul köçürməklə günahlarını yumağa dəvət edib.