tramphy namak e hghel zelensku n335400 1

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Müstəqillik Günü münasibətilə ölkə Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məktubda deyilir:

Ukrayna xalqının sarsılmaz ruhu var. Cəsarətiniz çoxlarını ruhlandırır. Bu mühüm gündə bilin ki, Birləşmiş Ştatlar sizin mübarizənizə hörmətlə yanaşır və müstəqil dövlət kimi gələcəyinizə inanır. Birləşmiş Ştatlar davamlı sülh gətirəcək, qan tökülməsinə son verəcək, Ukraynanın suverenliyini və ləyaqətini qoruyacaq danışıqlar yolu ilə həlli dəstəkləyir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: