Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb.
Globalinfo.az bildirirki, pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib.
“Allah bizim əməyimizi itirmədi. Sözügedən xəstə cavan olmasına baxmayaraq, 6 uşaq anasıdır. Bir ana öz övladlarının yanına sağlam qayıtdı”, – deyə o, sözlərinə əlavə edib.
Daha ətraflı videomaterialda:
X X X
Xəbər verdiyimiz kimi, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, xəstənin həyatını xilas edən həkim xəstəxananın ikinci reanimasiya şöbəsinin müdiri Jalə Müslümovadır.
Həmin həkmin fotosunu təqdim edirik:

