telim 0

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli “Birlik – 2025” birgə regional təlimi davam edir.

Globalinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı fəaliyyətlərin təşkili üzrə hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

495edcc960a75b14f3b27d82333b415c fccc09426b21e762766b6242025a6d49 fd4b82488d1146a3026d4070b74a74da 460fe52d17d70f1b1905a9fa249bac89 24cc28e29552a3962c6156c5d5078515

Paylaş: