Orda tərləmişdik, qucaqlaşdıq, xəstələndim – Lukaşenko

1bda1b25 9652 4c15 a5cd 4cfa3fa04db2

Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətində problem yaranıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə müsahibəsində deyib.

Lukaşenkonun sözlərinə görə, Rusiyada və Belarusda “H1N1” donuz qripi yayılıb:

“Mən hələ ölmək fikrində deyiləm. Xəstələnməyimə gəlincə, güman ki, hokkey oyununda virusa yoluxdum. Çünki orda tərləmişdik, hamı bir-biri ilə qucaqlaşıb, şəkil çəkdirirdi. Ondan sonra qrip oldum və səsim batdı. Artıq sağalıram”.

Safura Bənnayeva
Globalinfo.az