fc812ef6 5024 3636 86b1 57b5da2cc485 850

İsrail ordusu Suriya ərazisinə daxil olub.

Globalinfo.az xəbər verir ki, ordunun Suriyaya bufer zonasını möhkəmləndirmək üçün girdiyi vurğulanıb.

Qərb mətbuatı isə yazıb ki, Qolan təpələrindəki İsrail ordusunun sayı heç vaxt olmadığı qədər artırılıb.

İsrail ordusu yaydığı açıqlamada Qolan təpələrində qoşunlarını əhalinin təhlükəsizliyini gücləndirmək məqsədi ilə artırıblar. Bundan başqa ordu Suriyadakı hadisələrə qarışmaq niyyətində olmadığı deyilib.

Qeyd edək ki, bundan öncə İsrailin Suriyanın kimyəvi silahları olan ərazilərə müdaxilə etdiyi haqqında məlumat yayılmışdı. Təl-Əviv bunu həmin silahların islamçı qruplaşmaların əlinə keçməməsi üçün atmışdı.

Bununla belə Suriyada hakimiyyəti ələ keçirən “Heyəti Tahrir əş-Şam” qruplaşması “Əl-Qaidə”nin davamçısı kimi tanınır. Qərb mediasında onların radikal islamçı qruplaşma olduğu bildirilsə də, təşkilatın lideri Culani son illərdə “Əl-Qaidə”nin tutduğu ideoloji xətdən uzaqlaşıb. O, xüsusilə 2020-ci ildən sonra ölkədə rəhbərliyə gələcəkləri təqdirdə yumşaq siyasət həyat keçirəcəklərini bildirib.

***10:35

“İsrail silahlı qüvvələrinin tankları Suriya sərhədini keçib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

“Əsəd rejiminin süqutundan sonra Suriya mənbələri İsrail tanklarının Qolan təpələri tərəfdən Suriya sərhədini keçdiyini iddia edir”, – nəşrin məlumatında deyilir.

Eyni zamanda İsrail qüvvələrinin Kuneytra bölgəsindəki bufer zonasına daxil olduğu və ərazini artilleriya atəşinə tutduğu haqqında da məqalədə fikirlər yer alır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: