3,5 milyon insanın qatıldığı etiraz mitinqinə sərt reaksiya – VİDEO

Fransada pensiya islahatlarına qarşı nümayiş keçirilib. Dinc başlayan aksiya sonradan polislə toqquşmaya çevrilib. İtaliya meydanında aksiyaçılar tullantı qablarına od vurub, iş yerlərinin şüşələrini sındırıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İğtişaşda iştirak edən 13 nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, Fransa DİN aksiyalarda 1,3 milyon nəfərin iştirak etdiyini açıqlayıb.

Həmkarlar təşkilarları isə ölkə üzrə 270 yerdə keçirilən aksiyalara 3,5 milyon fransızın qoşulduğunu bildirib. Parisdəki aksiyalarda 700 000 nəfər olub.

Aksiyadan görüntüləri təqdim edirik: