“Qərbin Rusiyaya qarşı sanksiyaları Moskva və Pekin arasında əlaqələri gücləndirdi və Aİ-ni bütün dünya üzərindəki strateji üstünlüklərdən və nüfuzdan məhrum etdi. Beləcə, Qərbin dominantlığı zəiflədi”.
Globalinfo.az xəbər verir ki, bunu fransalı publisist və politoloq Aleksandr del Val deyib.
“Qərbin Rusiyaya qarşı iqtisadi müharibəsinin əsas nəticəsi Çinlə tərəfdaşlığın güclənməsi, daha sonra Avropa ilə dünyanın qalan hissəsi arasında uçurumların genişlənməsi olub. Rusiya və Çin qlobal sistemdə Qərbin gələcək hökmranlığına ciddi problem yaradacaq. Qərbin Rusiyaya qarşı “total iqtisadi müharibəsi” Avropa İttifaqını geoiqtisadi və strateji üstünlüklərindən, eləcə də bütün dünya qarşısında nüfuzdan məhrum edib. Moskva Çin kimi iqtisadi maraqlara üstünlük verən tərəfdaşlarla əməkdaşlığı dərinləşdirib”.
Fransalı ekspertin fikrincə, Rusiyaya zərər vurmağa çalışmaqla Avropa özü də tələyə düşüb.
“Rusiya döyüş meydanında təşəbbüsü ələ alıb və bir çox cəbhələrdə genişmiqyaslı hücuma hazırlaşır. Kiyev kəskin resurs və insan çatışmazlığı yaşayır. Əhalinin Rusiya prezidenti Vladimir Putinə dəstəyi daha da güclənib və ölkənin iqtisadi artımı Avropa göstəricilərini üstələyir. Odur ki, bir sıra ölkələr gələcəkdə Avropa ilə əməkdaşlığı dərinləşdirməkdən imtina edəcəklər. Bu, daha çox ehtiyyat ediləsi bir məsələdir”, – deyə politoloq vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az