“Sovet İttifaqı dövrü ilə bağlı bir lətifəni xatırladım”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Artur Sakunts yazıb.
“Belə ki, SSRİ lideri Leonid Brejnev və ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan hansı dövlətin daha azad olduğunu, insanların öz fikrini sərbəst ifadə edə biləcəyini müzakirə ediblər. Reyqan deyib ki, ABŞ-da hər kəs Ağ Evə plakatla gəlib, ABŞ prezidentinə istədiyini deyə bilər. Brejnev də deyib ki, Sovet İttifaqında hər kəs Qırmızı Meydana gəlib, plakatlarla dayanıb, ABŞ prezidentinə nə istəsə deyə bilər.
İndi Rusiyada bir nəfər əlində təmiz kağızla çölə çıxmağa çalışsa belə, tutub polisə aparacaqlar. Guya Rusiyadan Ermənistana kortej təşkil etməklə bizi xilas etmək qərarına gəliblər”, – A.Sakunts bildirib.
Qeyd edək ki, Rusiyada bəzi ermənilərin Ermənistandakı etirazlara qoşulmaq üçün İrəvana kortejlə gələcəkləri iddia edilib.
Safura Bənnayeva
Globalinfo.az