WhatsApp Image 2024 05 05 at 15.50.10

“Fransa öz xarici legionundan Ukraynaya əsgər göndərib”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Asia Times”dəki məqaləsində yazıb.

O bildirib ki, hazırda həmin hərbi qruplaşma Donbasda döyüşlərə başlayıb.

“Onlar Slavyanskda Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş 54-cü briqadasına dəstək məqsədilə yerləşdiriliblər. Həmin legion Donbasda rus ordusuna qarşı döyüşlərə qatılıb”, – o qeyd edib.

Brayan vurğulayıb ki, Moskva Ukraynada əcnəbi əsgərlərin sayının artması ilə barışmayacaq və ağır zərbə endirəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: