Prezident İlham Əliyev 1941–1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi iştirakçılarına maddi yardımın ödənilməsilə bağlı sərəncam imzalayıb.
Globalinfo.az modern.az-a istinadən bildirir ki, sərəncama əsasən, İkinci Dünya müharibəsindəki Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından 13 nəfər sağdır.
Qeyd edək ki, bu il mayın 9-da İkinci Dünya müharibəsindəki qələbənin 81-ci ili tamam olur.
Məlumdur ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı da iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb…
Müharibədən qayıdan 300 min azərbaycanlıdan cəmi 13 nəfəri bu günə sağ gəlib çatıb…