300-dən çox moldovalı bunun üçün anidən Bakıya gəldi

Moldovada prezident seçkilərinin ikinci turunda səs vermək üçün Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya 300-dən çox moldovalı gəlib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, seçicilər Bakıda Moldova səfirliyində səs veriblər.

Seçicilərdən birinin sözlərinə görə, Moldova hakimiyyəti Sankt-Peterburqda seçki məntəqəsi təşkil etməyib və bu səbəbdən də onlar Bakıya gəliblər.

Belə ki, iki təyyarə ilə ölkəmizə gələn moldovalılar elə bu gün axşam saatlarında qayıdacaqlar.