Erməni deputat sərhədimizə gəldi: köynəyi ŞOK ETDİ – FOTO

Ermənistan parlamentinin hakim Mülki Müqavilə Partiyasından olan deputatı Vahe Qalumyanın 1650 dollar dəyərində “Stefano Ricci” köynəyi ilə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin əhalisinə baş çəkməsi etirazla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, erməni ictimai-siyasi xadim Edqar Qazaryan məsələyə münasibət bildirib.

O, deputatın əhalinin qarşısına bahalı geyimlərlə çıxmasını sərt tənqid edib.

“1650 dollarlıq “Stefano Ricci” köynəyi olan adam xalqa necə xidmət edə bilər? İnsanlar artıq özlərini Grzo (erməni siyasətçi və iş adamı Xaçatur Sukiasyan – red.) kimi təsəvvür edirlər”, – E.Qazaryan bildirib.

Safura Bənnayeva
Globalinfo.az