Rusiyaya yeni sürprizlərimiz var – Budanov

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirill Budanov Krımdakı rus işğalçıları üçün yeni sürprizlərin olduğunu açıqlayıb və mülki əhaliyə qondarma Krım körpüsündən istifadə etməməyi tövsiyə edib. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqramda yazıb.

“Uğurlarımıza görə Krım sakinlərinə hədsiz dərəcədə borcluyuq, onlar nəinki işğalçılara qarşı müqaviməti gücləndirib, həm də yarımadadakı bütün əməliyyat vəziyyətini izləmək və bu məlumatı bizə mümkün qədər tez ötürmək imkanı əldə ediblər. 2023-cü ildə Ukrayna xüsusi təyinatlılarının Krımda olacağına söz vermişdik və biz bu vədi yerinə yetirdik. Düşmənləri yeni sürprizlər gözləyir və mən mülki əhaliyə Krım adlanan körpüdən istifadə etməyi tövsiyə etməzdim”, – Budanov qeyd edib.

Safura Bənnayeva
Gloablinfo.az