Qərb parçalanır: Avropa ABŞ-yə üsyana hazırlaşır

Vaşinqtonun fəaliyyəti yüksəkvəzifəli avropalı siyasətçiləri hər keçən gün bir qədər də qıcıqlandırır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Politiko” qəzeti yayıb.

Məlumata görə, avropalılar ABŞ-nin təkcə Ukrayna böhranından yox, eləcə də Avropadakı enerji resursları defisitindən faydalanmağa çalışdığını düşünürlər.

Qəzetin Avropadakı mənbələri qoca qitənin artıq ABŞ üçün ikinci dərəcəli olduğunu bildiriblər. Üstəlik, onlar ABŞ-nin Çinlə mübarizə və Ukraynaya yardım fonunda daha çox özlərinə fokuslanıblar və avropalılar bunu “nəzakətli laqeydlik” adlandırırlar.

Bununla bərabər, ABŞ prezidentinin inflyasiyanın aşağı salınması aktı da tərəflər arasındakı vəziyyəti gərginləşdirib. Avropanın bu aktın enerji və iqtisadi böhran fonunda onun üçün fəlakətə çevriləcəyindən qorxduqları bildirilib.

Qəzet problemin həlli üçün hətta aralarında konflikt olan Fransa və Almaniya liderlərinin birləşməyə hazırlaşdıqlarını açıqlayıb. Bu qərarın belə Avropaya böyük kömək olmayacağı vurğulanıb.

İlkin
Globalinfo.az