220 mindən çox skuter geri çağırıldı – Dəhşətli səbəb

250323 segway recall vl 204p 5fbbc1

“Segway” yıxılma təhlükəsi səbəbilə 220 min skuterini geri çağırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Associated Press” məlumat yayıb.

Qeyd olunur ki, ABŞ-da “Segway”a məxsus skuterlərdə rast gəlinən nasazlıq səbəbindən 68 şikayət daxil olub. Onlardan 20-si xəsarətlərlə nəticələnən yıxılmalarla bağlıdır. Belə ki, 20 nəfər qatlanan mexanizmlərin nasazlığı ucbatından yıxılaraq müxtəlif – əzilmə, kəsik, sınıq – xəsarətləri alıb.

Şirkət tərəfindən ünvanlanan müraciətdə geri çağırılan skuterlərə sahib olan istehlakçılar onlardan istifadəni dərhal dayandırmağa və pulsuz texniki xidmət dəsti tələb etmək üçün Segway ilə əlaqə saxlamağa çağırılır.

Aysel Əliyeva
Globalinfo.az