Ermənistanda kilsənin təsis etdiyi “Şoqakat” televiziya kanalı ləğv olunacaq.
Globalinfo.az xəbər verir ki, qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd olunur ki, “ruhani-mədəni ictimai telekanal”ın ləğvi bu ilin oktyabrında qəbul edilən “Audiovizual media haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlıdır.
Müxalifət isə hesab edir ki, “Şoqakat”ın efirdən çıxarılmasının səbəbi baş nazir Nikol Paşinyanın kilsəyə qarşı kampaniyasıdır.
Safura Bənnayeva
Globalinfo.az