200 min insan mitinqə çıxıb baş naziri istefaya çağırdı

Banqladeşin paytaxtı Dəkkə şəhərində minlərlə insan ölkənin baş naziri Şeyx Hasinanın siyasətinə qarşı mitinq keçirir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib və şəhərin girişlərində postlar qurub. Etirazçılar hökumətin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

Kanaldan verilən məlumata görə, keçirilən etiraz aksiyasına müxalif Banqladeş Millətçi Partiyası rəhbərlik edir.

“Bizim əsas tələblərimiz Şeyx Hasinanın istefası, parlamentin buraxılması, bitərəf müvəqqəti hökumətin azad və ədalətli seçkilər keçirməsinə şərait yaradılmasıdır”, – deyə partiya sözçüsü deyib.

Məlumata görə, mitinqə 200 minə yaxın insan qatılıb.