Beniamin Matevosyan 768x403 1

“ABŞ-ın Qafqaza yatırım etməsi sadə və çox ağıllı addım idi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Onlar başa düşürdülər ki, Ermənistan Qarabağa nəzarəti müttəfiqi Rusiyanın vasitəsilə əlində saxlaya bilir. Vaşinqton İrəvan və Moskva arasındakı ittifaqı pozmaqla Qarabağın əldən çıxacağını bilirdi. Ermənistanın bu itkisinə görə məsuliyyəti Rusiyanın üzərinə atıb onu regiondan uzaqlaşdıracaq”, – Matevosyan bildirib.

Onun sözlərinə görə, ABŞ daha əvvəl Gürcüstanda da eyni addımı atıb:

“Abxaziya və Cənubi Osetiyanın gürcü xalqı üçün əhəmiyyətini bilirlər. Beləliklə hakimiyyətə təxribatçı birini gətirib 2008-ci ildə müharibəni başlatdılar. Nəticədə Moskva ilə Tbilisinin əməkdaşlığı uzun illər mümkünsüz oldu. Yəni amerikalılar hər yerdə eyni ikiüzlülüklə hərəkət edirlər. Ermənistana isə heç bir təhlükəsizlik zəmanəti verilməyib”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: