155 milyon dollarlıq saziş: Ermənistan hansı silahları alır?

Ermənistan Hindistandan daha 84 ədəd “ATAGS” artilleriya sistemi alacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Army Recognition” onlayn nəşri məlumat yayıb.

Bildirilir ki, Ermənistan Hindistandan 155 milyon dollar dəyərində 84 ədəd 155 millimetrlik “ATAGS” artilleriya sistemi almaq qərarını təsdiqləyib.

“ATAGS”ın atəş məsafəsi 48 kilometrdir. Ermənistan 2023-cü ildə 6 “ATAGS” sistemi alıb və Hindistan şirkətləri ilə “MArG 155” özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınması üçün daha bir neçə müqavilə imzalayıb.

Əliyar Xəlil
Globalinfo.az