15 rusiyalı diplomat casusluğa görə Norveçdən çıxarılır

Norveç 15 rusiyalı diplomatı “persona non grata” elan edib və onlar casusluğa görə ölkədən çıxarılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“15 kəşfiyyat zabiti diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar”, – deyə Norveç xarici işlər naziri Anniken Heytfeldt bildirib.

Nazir əlavə edib ki, Rusiya Norveç üçün ən böyük kəşfiyyat təhlükəsi hesab olunur. Onun sözlərinə görə, casusların fəaliyyəti uzun müddət ərzində izlənilib.