Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Tailandın şimal-şərqində baş verib.
Belə ki, atasının avtomobilini icazəsiz götürən 11 yaşlı oğlan idarəetməni itirərək, yolda hərəkətdə olan rahiblərə çırpılıb.
Qəza nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yaralılardan 13-nün vəziyyəti ağırdır.