Rusiya adından Ukraynada döyüşən ermənilərdən ibarət “ArBat” batalyonunun məşhur komandiri Ayk Qasparyan öldürülüb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqı Qorlovka kənd administrasiyasının (DXR) rəhbəri İvan Prixodko açıqlayıb.
Məlumata görə, Qasparyan döyüş tapşırığını yerinə yetirərkən öldürülüb. Onun fevral ayında toyunun baş tutması planlaşdırılırmış.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sağlığında Ayk Qasparyanı “Cəsarət” ordeni və “İgidliyə görə” medalı ilə mükafatlandırıb.
Əliyar Xəlil
Globalinfo.az