Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

Jurnalist Əvəz Zeynallı barəsində ev dustaqlığı vəsatətinin təmin edilməməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib.

“Ümid edirəm ki, apellyasiya şikayətimiz təmin ediləcək, Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq”, – deyə vəkil qeyd edib.