e511d70f 1d28 3656 96bb 04576a2fbe64 850

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrımı İstanbulda ziyarət edib.

Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə dövlət başçısı onlara Çam və Sakura Şəhər Xəstəxanasında baş çəkib.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmiş Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım avtomobil qəzası keçiriblər. Qonaqlar Cəbrayıldan Zəngilan aeroportuna qayıdarkən hər iki şəxsin olduğu avtomobil yolda qəza keçirib. Nəticədə Binəli Yıldırım, millət vəkili Şamil Ayrım, onların mühafizəçisi və sürücü müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılara ilkin tibbi yardım östərildikdən sonra onlar helikopterlə Zəngilandan Bakıya gətirilib. Oktyabrın 21-də yaralıları Bakıdakı xəstəxanada Azərbaycan Prezidenti İlham Əliyev ziyarət edib. Hər iki şəxs oktyabrın 21-də Türkiyədən göndərilən xüsusi təyyarə ilə İstanbula aparılıb.

Paylaş: