Zelenskiyə qarşı çevriliş: yerinə türk gətirilə bilər

Əslən tatar olan ukraynalı biznesmen Rinat Axmetov fevralın 24-dən indiyə qədər Ukrayna ordusuna 100 milyon dollarlıq yardım edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti yayıb.

Qəzet həmçinin Axmetovun müharibə başlayandan indiyə qədər Kiyevi tərk etmədiyini bildirib. Bununla yanaşı, onun Ukrayna üçün “Marşal planı”nın təcili qəbul olunması üçün çağırış etdiyini yazıb.

Digər tərəfdən biznesmen Ukrayna Prezidenti Vladimir Zelenskini də sərt tənqid edib. O, prezidentin irəli sürdüyü oliqarxlar haqqında qanunun populist xarakterli olduğunu vurğulayıb.

Qeyd edək ki, Vladimir Zelenski oliqarxlar haqqında qanunu 2021-ci ildə imzalayıb. Bununla oliqarxların siyasətə təsir imkanlarının sıfırlanması planlaşdırılır. Nəticədə onların partiyaları maliyyələşdirməsi tam qadağan edilir.

Axmetov Zelenskinin ən böyük rəqiblərindən sayılır. Onun indiki dönəmdə yenidən aktivləşməsinin Zelenskiyə qarşı son zamanlar narazılığın təzahürü olduğu güman edilir. Bu isə öz növbəsində Ukrayna liderinə qarşı yumşaq çevriliş planlarını yenidən gündəmə gətirir.

İlkin
Globalinfo.az