pencab partlayis

Pakistanın Bəlucistan əyalətində silahlıların avtomobil yollarına və polis məntəqələrinə hücumları nəticəsində 51 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş plandır. Təhlükəsizlik qüvvələri 12 yaraqlını məhv edib”, – daxili işlər naziri Möhsin Nəkvi bildirib.

***15:49

Pakistanın cənub-qərbində öldürülənlərin sayı 38 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb.

***10:39

Pakistanın cənub-qərbində silahlı şəxslər ən azı 22 nəfəri maşınlardan endirərək etnik mənsubiyyətlərini yoxladıqdan sonra öldürüb.

Globalinfo.az xəbər verir ki, Pəncabı Bəlucistanla birləşdirən magistral yolda silahlı şəxslərin bir neçə avtobus, yük maşını və mikroavtobusu saxlayaraq içini yoxlayıblar.

Sərnişinlərin etnik mənsubiyyətini öyrəndikdən sonra  22 nəfər qətlə yetirilib, 5 nəfər yaralanıb.

Öldürülənlər arasında 19 pəncablı və 3 bəlucun olduğu bildirilir.

Paylaş: