Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı növbəti seçkilərdə prezidentliyə namizəd ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın “Intelligence Online” portalı mənbələrə istinadən məlumat yayıb.
“Keçmiş baş komandan Ukrayna prezidenti postuna əsas namizəddir. O, əhəmiyyətli dəstək qazana bilər. Zalujnı gələcək siyasi planları barədə susur və komandası onun Londonda ictimai çıxışlarını diqqətlə izləyir”, – deyə yazılıb.
Portal həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün rəqiblərindən biri kimi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun adını qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az