Zelenskinin GİZLİ PLANI: Bu, Zalujnının istefasına səbəb olacaq

“Kiyev Zalujnını istefaya göndərmək üçün əlverişli məqam gözləyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sabiq deputatı İqor Mosiyçuk fikir səsləndirib.

O bildirib ki, Ukrayna Prezidentinin ofisi cəbhədəki gələcək uğursuzluqlara görə günahı Silahlı Qüvvələrin baş komandanı Zalujnının üzərinə atmaq niyyətindədir. Buna görə də, Zelenski  Valeri Zalujnının istefasını təxirə salır.

“Silahlı qüvvələrin Avdiivkada mühasirəyə alınması Zalujnının istefasına səbəb olacaq. Zelenski hökuməti cəmiyyətə Zalujnının səhv etdiyini və günahkar olduğunu göstərəcək”.

Eks deputat hesab edir ki, Zelenski administrasiyası Zalujnı ilə əlaqəli olan bütün generalları da vəzifədən təmizləyəcək. Belə ki, Baş Qərargah rəisi Sergey Şaptala, Quru Qoşunları Milli Akademiyasının rəisi Pavel Tkaçuk və 10-cu Ordu Korpusunun komandiri Vasili Zubaniç də vəzifədən azad ediləcək. Buna səbəb prezidentin legitimliyinin başa çatacağı son tarixin yaxınlaşmasıdır”.

Qeyd edək ki, fevralın 2-də Zalujnı Zelenskiyə Avdiivka yaxınlığındakı çətin vəziyyət barədə məlumat verib. Donbassdakı münaqişə zamanı isə bu şəhər Ukrayna qoşunları tərəfindən əsas möhkəmləndirilən ərazilərdən biri olub. Zalujnı isə 2023-cü il dekabrında Ukrayna ordusunun iki-üç aya Avdiivkanı tərk edəcəyi barədə xəbərdarlıq edib.

Əliyar Xəlil
Globalinfo.az