Putin həmin vaxt baş verənləri bağışlamayacaq – Zelenski

“Putin keçmiş Sovet İttifaqını öz sərhədlərinə qaytarmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin ordusu Avropaya tərəf irəliləyə bilər.

“Bu təcavüz Avropaya da sıçraya bilər. Bundan sonra ABŞ ordusu Avropanı müdafiə etməli olacaq. Çünki onlar NATO-nun üzvüdür”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya lideri keçmiş Sovet İttifaqını öz sərhədlərinə qaytarmaqda qərarlıdır.

“Putin 80-90-cı illərdə baş verənləri heç vaxt bağışlamayacaq. O, soyuq müharibədən əvvəlki dünya düzəninin dağılmasına görə dərin nifrət bəsləyir.  Odur ki, əvvəlki vəziyyəti bərpa etməyə çalışır. Biz Putinin fikrini dəyişməməliyik, onu əvəz etməliyik”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az