Ukrayna Prezidenti Volodimir Zelenski xarici hərbiçilərə yaşayış icazəsi vermək qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın saytında sənəd dərc edilib.
Belə ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən döyüş əməliyyatlarında iştirak edən xarici hərbçilərin respublikada daimi yaşayış icazəsi almaq hüququ olacaq:
“Sənəd xarici hərbi qulluqçuların müqaviləli xidmət müddətində və bundan sonra üç ay ərzində Ukraynada müvəqqəti yaşamasını təmin edir. Əcnəbilərə həmçinin səhiyyə xidmətləri də daxil olmaqla xüsusi sosial müavinətlər veriləcək. Qanun imzalandıqdan bir ay sonra qüvvəyə minəcək. Xarici vətəndaşlar qanunun qüvvəyə minməsindən sonrakı altı ay ərzində müvəqqəti yaşayış icazəsi almaq üçün lazımi sənədləri təqdim edə biləcəklər”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az