Dövlət Departamenti: “ABŞ Putini təbrik etməyəcək”

“ABŞ Putini prezident seçkilərində qələbə münasibətilə təbrik etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

O bildirib ki, Vaşinqton Rusiyadakı prezident seçkilərini azad və ədalətli hesab etmir.

“Düşünürəm ki, ABŞ-dan heç bir təbrik olmayacaq. Çünki biz Rusiyada keçirilən prezident seçkilərini azad və ədalətli hesab etmirik”, – Patel vurğulayıb.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə bildirib ki, Kreml ABŞ-ın seçki ilə bağlı səsləndirdiyi fikirlərlə qəti şəkildə razılaşmır.

“Bu, Ukrayna müharibəsində dolayısı ilə iştirak edən dövlətdən gözlənilən rəydir. Bu, Rusiyanın qulaq asmağa hazır olduğu və vacib hesab etdiyi bir fikir deyil”, – Peskov bildirib.

Əliyar Xəlil
Globalinfo.az