ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ evdə görüşü başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Netanyahu Ağ evə xidmət girişindən daxil olub. Buna səbəb ABŞ tərəfinin görüş çərçivəsində media ilə təmas planlaşdırmamasıdır. Belə ki, nə brifinq, nə də Tramp və Netanyahunun birgə mətbuat açıqlaması nəzərdə tutulur.
İsrailin 12-ci kanalı qeyd edir ki, bu, Donald Trampın ABŞ prezidenti vəzifəsinə yenidən seçilməsindən sonra Benyamin Netanyahu ilə keçirdiyi artıq səkkizinci görüşdür.
Netanyahu iyulun 27-də İsraildən ABŞ-a yola düşməzdən əvvəl bildirib ki, Trampla gündəlikdə olan bütün məsələləri, ilk növbədə isə İranla bağlı mövzuları müzakirə etməyi planlaşdırır.
Əliyar Xəlil